Qurani Kərimdə sözə verilən dəyər


Digərləri 01 Yan 2019 21:20:00 276 0

Qurani Kərimdə sözə verilən dəyər

"Pakdır O Allah ki, öz xəzinələrini Kaf və Nun arasında qərar verib".

Pakdır o Allah ki, öz xəzinələrini Kaf və Nun arsında qərar verib. Bu dəyərli kəlam Əhli Beyt imamlarından (ə) bizə yetişmiş dəyərli dualardan birində keçir. Kaf və Nun ərəbcə Kun yəni "Ol" deməkdir. Allah Təala bir şeyin var olamısı üçün yalnız "Ol" deyər və o şey var olar. Bütün aləm Allahın məxluqu olduğu üçün hamısı "Ol" kəliməsi ilə yaranıb. Yuxarıda qeyd etdiyimiz dəyərli kəlam bu əzəmətə işarə edir. Quran bu barədə Yasin surəsini 82-ci ayəsində buyurur:

Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: 'Ol!' deməkdir. O da dərhal olar.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Mütəal Allah sözə dəyər verir və insanları da sözə dəyər verməyə çağırır. İnsan gərək sözünə diqqət etsin. Söz cox dəyərlidir. Söz insanın şəxsiyyətinin göstəricisidir. Belə ki İmam Əli buyurub: Kişi öz dilinin altında gizlənib.  Söz sülh yaradır, söz müharibələrə səbəb olur. Bu səbəbdəndir ki, Allah Təala Qurani Kərimdə sözə və danışığa diqqət etməyi, sözümüzə vəfa etməyi bizdən tələb edir:

1-(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır (İsra-36).

2-Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Saff-2)