“Dərdlərini dinləmədiyi üçün” iki qardaşı öldürdü


Digərləri 01 Yan 2019 19:51:00 213 0

“Dərdlərini dinləmədiyi üçün” iki qardaşı öldürdü

Türkiyədə - Kocaelinin Dərincə rayonunda Kıyas Ayğan və İlhami Ayğan qardaşlarını tüfənglə öldürən Talib A. tutulub.

Son.az oxu.az-a istinadən bildirir ki, o, ifadəsində "qərib" olduğunu, "dərdini danışmaq istədiyini", Ayğan qardaşlarının onu dinləmədikləri üçün öldürdüyünü deyib.

Hadisə dünən gecə baş verib. Qəhvəxanada birlikdə spirtli içki qəbul edən Talib A. və İlhami-Kıyas Ayğan qardaşları arasında mübahisə meydana gəlib. Mübahisə böyüyüb və Talib A. qardaşları tüfənglə öldürərək hadisə yerindən qaçıb.