Depressiyanın qeyriadi yaranma səbəbi aşkarlanıb


Digərləri 01 Yan 2019 19:25:00 278 0

Depressiyanın qeyriadi yaranma səbəbi aşkarlanıb

Depressiya fiziki səbəbdən yarana və bağırsaq mikrobiotu ilə əlaqədar ola bilər.

Son.az faktxeber.com-a istinadən bildirir ki, Ueyl Kornel Tibb kollecinin araşdırmaçıları belə qənaətə gəliblər.

Mütəxəssislər depressiyada olan pasientlərdən bir sıra analiz götürüblər və aydın olub ki, onların orqanizmlərində Bacteroides cinsində bakteriyaların sayında azalma var.

Halbuki bu bakteriyaların vacib funksiyası var: onlar əyləc funksiyasını yerinə yetirən, asayiş hissini yaradan və beyni hiperstimulyasiyadan qoruyan neyromediator istesal edirlər.