Əsl zeytun yağı soyuducuda kərə yağı kimi bərkiyir


Digərləri 01 Yan 2019 19:05:00 315 0

Əsl zeytun yağı soyuducuda kərə yağı kimi bərkiyir

Zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması nəticəsində yağ əmələ gəlir. Zeytun yağı tamamilə fiziki üsullarla istehsal olunur və burada heç bir kimyəvi vasitədən istifadə edilmir.

Sızma üsulla əldə olunan, yəni rafinə edilməmiş zeytun yağının bir çox üstünlükləri var.

Yeməklərə və salatlara digər yağların çox tökülməsi orqanizmdə xolesterinin səviyyəsini yüksəldir. Bunun tərsi olaraq zeytun yağının istifadəsi yüksək xolesterini aşağı salır.

Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olduğu halda zeytun yağı yüksək turşuluğu azaldır.

Zeytun yağını çox yedikcə öd və böyrəkdə olan daşlar tədricən əriyir.

Başqa yağlardan fərqli olaraq zeytun yağı heç vaxt piylənmə və kökəlməyə səbəb olmur.

Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiyir.