Peyğəmbər dünyadan köçmüş bir mömin üçün belə ağlayardı


Digərləri 01 Yan 2019 19:10:00 225 0

Peyğəmbər dünyadan köçmüş bir mömin üçün belə ağlayardı

Dünya həyatı insan üçün əbədi qalacaq bir məkan deyil. Bu səbəbdəndir ki, ölüm barədə və axirət aləmini düşünmək dinin insana çatdırmaq istədiyi əsas mətləblərdəndir. Həzrəti Əli (ə) ölümə diqqət çəkərək buyurur: Ölümə hazır olun! Ölüm sizdən ayrılmayan bir kölgə kimidir. Ayıq olun və bilinki, dünya sizin üçün deyil və siz başqa aləmə köçürüləcəksiniz (Mizanul Hikmət. Cild-7. Səh-141).

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, tanınmış səhabədən olan Bərri ibn Azib ölümə hazır olmaq barədə Peyğəmbərimizin (s) ğöstərişinə işarə edərək nəql edir ki, biz Allah Rəsulunun (s) yanında idik. Biz orda topalaşmış bir dəstə adam gördük. Peyğəmbər onların nə üçün yığışdığını soruşdu. Onların qəbir qazdıqlarını deyəndə kim üçün olduğunu soruşdu. Qəbir sahibinin adını eşidəndə sürətini artırıb, iti addımlarla qəbirə tərəf getdi, ta gəlib düz qəbrin kənarında diz çöküb oturdu. Mən yaxınlaşıb o Həzrətin nə etdiyinə baxmaq istədim. Gördüm ki, Peyğəmbər (s) ağlayır, həm də elə ağlayırdı ki, göz yaşları torpağa tökülürdü. Sonra başını qaldırıb buyurdu: Ey mənim qardaşlarım bu məkan üçün hazır olun!