Azərbaycanda dəbli mənzil dizayni –


Digərləri 01 Yan 2019 18:50:00 272 0

Azərbaycanda dəbli mənzil dizayni –

Yeni mənzil alarkən onu dəblə və yüksək zövqlə bəzəmək istəyirsən. Lakin hər kəs sərbəst şəkildə evi üçün gözəl dizayn qura bilmir. Belə halda interyer dizaynerləri bu asan olmayan işdə köməyimizə çatırlar. Son illər ölkəmizdə dizayner xidmətlərindən istifadə populyarlaşıb.

"İnsanlar dizaynerlərin xidmətlərindən daha çox istifadə etməyə başlayıblar. Onlar anlayırlar ki, peşəkarların işi nəticəsində gözəl və dəbli interyerə sahib olacaqlar", - deyə  dizayner Kamran Məlikov bildirir.

Son.az gencaile.az-a istinadən bildirir ki, lakin insanların çoxu bugünkü trend və interyer dizaynından xəbərdar olmadan öz mənzillərini özləri abadlaşdırmağa qərar verirlər. K.Məlikov hazırda interyer dizaynında mövcud tendensiyalar barədə də danışdı.

"Bu gün neoklassikaya meyil daha böyükdür. Bu, daha müasir stil olub özündə klassika elementlərini, modern və avanqard elementlərini birləşdirir. Bir çoxları məhz bu stildə dizayna üstünlük verirlər".

Müsahibimiz onu da qeyd edir ki, klassik stil də öz aktuallığını itirmir.

"Bəzi element və formalar, naxış və ornamentlər dəyişə bilər. Lakin klassika klassika olaraq qalır. Və o, bu gün bir neçə yüz il öncə olduğu kimi, aktualdır",- deyə dizayner vurğulayır.