Türkiyədə sosial media fenomenlərindən vergi tutulacaq


Digərləri 01 Yan 2019 18:25:00 264 0

Türkiyədə sosial media fenomenlərindən vergi tutulacaq

2019-cu ilin dekabrın 19-da Türkiyənin "Rəsmi qəzet"ində yayımlanan qərara görə, sosial media fenomeni olaraq adlandırılan və reklam qarşılığında markalardan pul alan şəxslər artıq vergilərə cəlb ediləcək.

Son.az facemark.az-a istinadən bildirir ki, "Google", "YouTube", "Facebook" kimi əcnəbi platformalara və internet fenomeni adlandırılan şəxslərə veriləcək reklamlar və broker xidmətləri ödənişlər üzərindən stopaj tətbiqi (mənbədən kəsmə) ilə vergi tutulacaq.

Qərara görə, ödənişi alan şəxsin vergi mükəlləfi olub-olmamasına baxmayaraq, reklam xidməti verənlərə və ya internet mühitində reklam xidmətinin verilməsinə vasitəçi olanlara edilən ödənişlərdən stopaj vergisi tutulacaq. Fiziki və hüquqi şəxslər üçün vergi dərəcəsinin miqdarı isə 15% müəyyən edilib.