Bu reklam Türkiyədə


Digərləri 01 Yan 2019 18:15:00 203 0

Bu reklam Türkiyədə

"Ziraat Bank"ı 155 illiyinə həsr edilmiş yeni reklam çarxını ərsəyə gətirib.

Son.az facemark.az-a istinadən bildirir ki, reklam filmi "Yeşilçam" mövzusu adı altında paylaşılıb və çarx sosial mediada xeyli bəyənilib.

Reklam çarxında "Yeşilçam"ın həyatda olmasalar da, unudulmaz aktyorları olan Münir Özkul, Adile Naşit, Hulusi Kentmen, Halit Akçatepe, Erol Taş kimi aktyorlar yer alıb. Çarx sosial mediada paylaşım rekordları qırıb. Bank bu layihəni "Happy People Project" agentliyi ilə birgə ərsəyə gətirib. Reklam çarxının sloqanı isə "Əgər biz birlikdə olarsaq, gücümüz hər şeyə çatar və filmin sonunda sevinən həmişə biz olarıq!" olub. Çarx, həm türk insanının bərabərlik gücünə, həm də "Ziraat Bank"ının köklü tarixinə fokuslanıb.

Sosial mediada istifadəçilərin bəziləri qeyd edib ki, təəssüf ki, reklam filmində Tarık Akan, Kemal Sunal, Metin Akpınar ve Zeki Alasya kimi tanınmış aktyorlar yer almayıb.