ANAMA dekabr ayı ərzində 202 PHS zərərsizləşdirib FOTO


Digərləri 01 Yan 2019 18:19:00 234 0

ANAMA dekabr ayı ərzində 202 PHS zərərsizləşdirib  FOTO

2018-ci ilin dekabr ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xaçmaz, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 596,638 m² (59.66 ha) ərazi yoxlanılıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, 202 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina (cəmi 204 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 478 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.