Ailəsinə görə 16 illik işini atan top menecer


Digərləri 01 Yan 2019 17:35:00 231 0

Ailəsinə görə 16 illik işini atan top menecer

"Victoria's Secret"in sabiq başçısı rus "Gloria Jeans"ə başçılıq edəcək. Ötən il isə Terni "Gloria Jeans"in Direktorlar Şurasına da gətirilmişdi.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə "Kommersant" yazır.

Terni "Victoria's Secret"də karyerasının 16 ilini keçirib, bunun 9 ilində isə o şirkətdə baş icraçı direktor (CEO) vəzifəsini yerinə yetirib. Şeren Terni 2016-cı ildə ailəsinə görə bu postdan imtina edib. Son iki ildə isə o, müxtəlif şirkətlərə konsultinq xidmətləri göstərib.

"Gloria Jeans"in gəlirlərini yaxın beş ildə artırmaq məqsədlərdən biridir. Buna görə də, biz nəinki Rusiya ərazisində, eləcə də, ölkənin xaricində də inkişaf etməliyik. "Gloria Jeans"də pərakəndə biznesi ilə bağlı uğurlu təcrübə var idi, bura həmçinin Rusiyadakı baş ofis ilə regional şirkət arasındakı uğurlu əlaqəni də əlavə etmək lazımdır. Bizə təşkilatın başqa strukturlarına keçid lazımdır, bu isə kömək olacaq ki, məqsədli planlarımızı həyata keçirməyə nail olaq. Bundan başqa, biz şirkəti ilkin xalqa təklifə açıq hala (IPO- Initial public offering) gətirməliyik", - deyə Terni yeni vəzifədəki planları haqqında danışarkən deyib.