Steve Jobs kimi ideal natiq olmağın sirri


Digərləri 01 Yan 2019 17:05:00 275 0

Steve Jobs kimi ideal natiq olmağın sirri

Mən idarəçilərdən sevdikləri bir nitq deməklərini xahiş edəndə, onlar tez-tez Steve Jobsun Stanford məzunlarına çıxışını xatırlayırlar. Bu inanılmaz dərəcədə ruhlandırıcı nitq, Jobs'un paylaşdığı hekayələr sayəsində çoxları tərəfindən sevilib.

Niyə rəhbərlər bu cür çixışları dinləməyi sevirlər, amma çox az adam özü bunu etməyə qadirdir? Böyük hekayələr bizə öz əksikliklərimizdən və onlarla mübarizə aparmağımızdan danışmağa məcbur edir. Ona görə də belə bir hekayələr rulahndırır, və bunu tamaşaçıyla bölüşməmək - auditoriyada ünsiyyət qurma fürsətini qaçırmaqdır.

Mənim şirkətim rəhbərlərə auditoriya ilə əlaqə yaradaraq, inandırıcı çıxışlar etmək üçün kömək edir, və biz tez-tez onlardan şüurun dərinliklərində köhnə hekayələr xatırlamaqlarını xahiş edirik . Uzun illərdir ki, biz effektiv metodlardan istifadə edərək şəxsi hekayələri yaddaşdan alaraq , onları daha sonra sistemləşdirib, kommunikasiya və çıxışlar zamanı istifdə edə bilirik.  Budur onlardan bəziləri.

Xatirələrinizə müraciət edin

Son.az biznesmen.az-a istinadən bildirir ki, insanların çoxu performans üçün bir hekayə üzərində işlədikləri zaman xronoloji qaydada keçmiş hadisələri qururlar, lakin dərin xatirələri yaddaşda canlandırmaq üçün başqa bir yol var.

Bir kitabça götürün, əyləşin və sizin üçün mühim olan bir neçə söz yazın -daha doğrusu sizin heyatınıza təsir edən  insanları, yerləri, əşyaları qeyd edin. Bəli, onları məhz kağız üzərində yazmalısınız. Araşdırmalar yazının yaradıcıllığa daha yaxşı təsir göstərdiyini göstərir.

İnsanlar. Adınızı vərəqin mərkəzinə yazın. Daha sonra ondan digər insanlarla əlaqənizi əks etdirən xətlər aparın: ailə üzvləriniz, dostlarınız, həmkarlarınız, və s. Və hər dəfə müəyyən insanla münasibətinizin necə inkişaf etdiyini və hansı emosiyalar yaşadığınızı  xatırlayın. Şübhəsiz ki,  burada maraqlı bir hekayə tapılacaq!

Məkanlar. Bacardığınız qədər sizin üçün əhəmiyyətli olan yerləri xatırlayın: məktəb dəhlizi, uşaq düşərgəsində otaq, futbol sahəsi, dağın başı, o qırmızı maşını və s. Məkan yaddaşını sıxın: o yer necə idi ,o küçə, o otaq? Hərəkətlərinizi  yaddaşda yenidən qurun və beləliklə siz səslər, qoxu, hadisələr haqqında xatirələrinzi işə salacaqsınız  . Bu, uzunmüddətdir ki  unudulan hadisələri və hissləri yenidən canlandırmağa kömək edəcəkdir.

Əşyalar. Sizin üçün simvolik bir məna  daşıyan əşyalara diqqət yetirin: hədiyyələr, mükafatlar, kitablar və digər sevdiyiniz əşyalar. Bu obyektlərin eskizlərini edin və nəyə görə onların sizdə  güclü duyğu hissi yaratdığını düşünün? Sizdən başqa  onlar  hər kəs üçün əhəmiyyətsizdir. Niyə?

Bu təlimləri etdikdən sonra, alınmış hekayənin fraqmentlərinə bir nəzər yetirin  və qısaca hər birinə bir sətr həsr edərək qeydlər aparın. Hekayələrdən bəziləri çox şəxsi ola bilər. Ancaq bəlkə də, əhəmiyyətli bir hekayənin əsası olacaq bəzi epizodları xatırlayacaqsınız. Buna təkrar və təkrar  qayıda bilərsiniz.

Hekayələrin kataloqunu yaradın

Müxtəlif vəziyyətlərdə istifadə edə biləcəyiniz bir hekayə dəstiniz olduqda, onlardan bir qovluq yaradın.