Abramoviç Yeni ili Karibdə, milyonerlər adasında qarşılayıb, amma qanı qara imiş… FOTO


Digərləri 01 Yan 2019 16:52:00 194 0

Abramoviç Yeni ili Karibdə, milyonerlər adasında qarşılayıb, amma qanı qara imiş…  FOTO

Rusiyalı oliqarx, İngiltərənin "Çelsi" futbol klubunun sahibi, 52 yaşlı Roman Abramoviç Yeni ili Karib dənizindəki Sen-Bartelemi adasında qarşılayıb. Bir gün öncə turistlər sahibkarın təmtəraqlı "Eclipse" yaxtasını həmin adanın sahilində görüblər. Bundan az sonra britaniyalı paparazzilər Abramoviçin özünü yaxın adamlarının və britaniyalı məşhurların arasında tapıblar. Qeyd edək ki, Sen-Bartelemi adası Fransanın ərazisi hesab olunur və Qvadepuladan 200 kilometr şimalda yerləşir.

Son.az bildirir ki, virtualaz.org "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 1,2 milyard dollarlıq "Eclipse" yaxtası oliqarxın çoxsaylı qonaqlarını dekabrın 29-da qəbul edib. Dəvətlilərin arasında əfsanəvi musiqiçi, 76 yaşlı Pol Makkartni, onun həyat yoldaşı və qızı, Çin mənşəli amerikalı sahibkar, "News Corporation"ın icraçı direktoru, 50 yaşlı xanım Bvendi Denq də olub.


Xəbərə aid fotolar