Günəş sisteminin kəşfində daha bir addım


Digərləri 01 Yan 2019 16:54:00 201 0

Günəş sisteminin kəşfində daha bir addım

ABŞ-ın NASA kosmik agentliyinin hava gəmisi New Horizons (Yeni Üfiqlər) Günəş sisteminin uzaq sərhədlərindəki bir göy cisminə yaxınlaşacaq.

Hər şey planlaşdırıldığı kimi olarsa, kosmik aparat Ultima Thule adı verilən cismin şəkillərini çəkib Yerə göndərəcək.

Yer kürəsinə 6,4 milyard kilometr uzaqda olan Ultima Thule, Kuiper kəməri deyilən bölgədədir.

Bu bölgədə 4,6 milyard il öncə Günəş sisteminin yaranmasından sonra ortaya çıxmış qaya parçaları və kiçik planetlər var.