Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi məhkəməyə göndərilib


Kriminal 01 Yan 2019 16:41:00 235 0

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi məhkəməyə göndərilib

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Son.az report-a istinadən bildirir ki, bir neçə maddə ilə ittiham edilən Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin barələrində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 17 zərərçəkmiş var.