Gəncədə cavan oğlan hamamda ölü tapıldı


Digərləri 01 Yan 2019 15:43:00 434 0

Gəncədə cavan oğlan hamamda ölü tapıldı

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin "Poçt qəsəbəsi" adlanan ərazisində yaşayan 1984-cü il təvəllüdlü Məhərrəmov Vüsal Tofiq oğlu özünə məxsus mənzilin vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.