Yol polisindən sürücülərə bayram "sürpriz"i


Digərləri 01 Yan 2019 15:30:00 219 0

Yol polisindən sürücülərə bayram "sürpriz"i

Astara rayonunda sürücülərə qarşı reyd keçirilib. 

Son.az report-a istinadən bildirir ki, yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədilə 30-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb. 

Astara Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi reyd zamanı "saxla!" əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyən sürücülər də olub. Onlardan 13-ü barəsində inzibati protokol tərtib edilib.

Gecə saatlarına kimi davam edən reyddə bir sıra ciddi qayda pozuntularına yol verən sürücülərlə yanaşı, "Bayramdır içmişəm" deyib, sərxoş halda sükan arxasında oturan sürücülərə də rast gəlinib. Bunda başqa, reyd zamanı təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, hətta qardaşının sürücülük vəsqəsini özününkü kimi təqdim etməyə cəhd göstərənlər də olub.