Moskvada su və qazın qiyməti də qalxdı


Dünya 01 Yan 2019 14:36:00 246 0

Moskvada su və qazın qiyməti də qalxdı

Moskvada soyuq və isti su, həmçinin qazın qiyməti 1 yanvardan 2% bahalaşıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bugündən Moskvada isti suyun kubu 188,53 rubldan 191,73 rubla, soyuq suyun kubu 38,06 rubldan 38,70 rubla qalxıb.

Qazın qiyməti isə 6,74 rubl olub.