Paşinyan Qareginlə birlikdə Azərbaycanla sərhədə gəldi FOTO


Dünya 01 Yan 2019 14:02:00 250 0

Paşinyan Qareginlə birlikdə Azərbaycanla sərhədə gəldi  FOTO

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Azərbaycanla sərhəd bölgəsində yerləşən döyüş postlarına baş çəkib.

Son.az bildirir ki, musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Onu bu səfərdə bütün ermənilərin katalikosu İkinci Qaregin və baş qərargah rəisi Artak Davtyan müşayiət edib.

N.Paşinyan əvvəlcə modernləşdirilmiş texnikaya baxış keçirib, onların istehsal tarixi ilə maraqlanıb. Sonra isə döyüş mövqeyində xidmət keçən əsgər və zabitlərlə görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Bir neçə hərbçini isə mükafatlandırıb. Onun Azərbaycan əsgərinin postlarına baxdığı anları əks etdirən fotolar da yayılıb.


Xəbərə aid fotolar