Filippində "Usman" qasırğası nəticəsində ölənlərin sayı 75-ə çatıb


Digərləri 01 Yan 2019 14:08:10 183 0

Filippində "Usman" qasırğası nəticəsində ölənlərin sayı 75-ə çatıb

Filippində "Usman" tropik qasırğasının səbəb olduğu güclü yağış və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb.

Bakı. Filippində "Usman" tropik qasırğasının səbəb olduğu güclü yağış və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb. Trend-in məlumatına görə, bunu ölkənin Risklərin Azaldılması və Fəlakətlərin İdarə Olunması üzrə Milli Şurasının (NDRRMC) nümayəndəsi Edqar Posadas bildirib. Daha öncə 61 nəfərin öldüyü və 18 nəfərin itkin düşdüyü bildirilirdi.