Rusiya Ermənistana satdığı qazın qiymətini artırdı


Dünya 01 Yan 2019 13:50:00 218 0

Rusiya Ermənistana satdığı qazın qiymətini artırdı

Rusiya əvvəlcədən xəbərdarlıq etdiyi kimi, Ermənistana satdığı qazın qiymətini artırıb. 

Son.az musavat.com-a istinadən xəbər verir ki, 2019-cu ilin 1 yanvarından etibarən İrəvan Moskvadan aldığı qazın hər min kubmetri üçün ötən il olduğu kimi, 150 dollar deyil, 165 dollar ödəməli olacaq. Artıq "Qazprom" bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, "Qazprom" nümayəndəsi Aleksey Millerlə Ermənistanın baş nazir müavini vəzifəsini icra edən Mqera Qriqoryan arasında anlaşma əldə olunub. Razılığa əsasən, 2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kunbmetr qaz alacaq.

Qeyd edək ki, Rusiya mənbələri Ermənistana satılan qazın 215 dollaradək başalanacağını anons etmişdilər. Lakin Rusiyada günlərlə davam edən danışıqların sonunda Kreml İrəvana güzəşt etdi.