Avtomobil su kanalına aşıb,


Digərləri 01 Yan 2019 13:43:00 217 0

Avtomobil su kanalına aşıb,

 Saatlı rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun Nabatkənd kəndi ərazisində qeydə alınıb. 

Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.