Balakəndə faciə:


Digərləri 01 Yan 2019 10:35:00 240 0

Balakəndə faciə:

Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.

Son.az report-a istinadən bildirir ki, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib. 

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub. 

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.