Azərbaycana gətirilən avtobuslar da aksiz vergisinə cəlb edilir


Digərləri 01 Yan 2019 10:13:00 242 0

Azərbaycana gətirilən avtobuslar da aksiz vergisinə cəlb edilir

Bu gündən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək.

Son.az report-a istinadən bildirir ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.