Amsterdamın hava limanı təxliyə edilib


Dünya 01 Yan 2019 09:40:00 187 0

Amsterdamın hava limanı təxliyə edilib

Niderlandın paytaxtı Amsterdamın "Sxiphol" hava limanının bir hissəsi təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, təxliyəyə səbəb hava limanının ərazisində üzərində partlayıcı qurğunun olduğunu iddia edən şəxs olub.

Daha sonra üzərində partlayıcı qurğunun olduğunu iddia edən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.