103 yaşlı həkimdən uzunömürlülük PƏHRİZİ


Digərləri 31 Dek 2018 23:04:00 285 0

103 yaşlı həkimdən uzunömürlülük PƏHRİZİ

Dünyanın ən güclü həkimlərindən biri professor Fyodor Uqlov 103 il yaşayıb. Cərrah Uqlov uzun ömürlülüyünü özu yaratdığı pəhrizə borclu olduğunu deyirdi.

O həmçinin fəaliyyət göstərən ən yaşlı həkim kimi Ginnesin Rekordları kitabına düşmüşdü.

Son.az əfsanəvi cərrahın uzunömürlülülük və polad sağlamlıq sirlərini təqdim edir.

Uqlova görə, hərəkətsizlik sağlamlığın düşmənidir. Nə qədər çox hərəkət etsək, o qədər də çox düşünürük. Tütün və alkoloqdan tam imtina edin Yeməyinizi azaldın. Piylənmə bədənin düşmənidir. 7 saatdan az olmayan yuxu...

Uqlovun uzunömürlülük pəhrizi isə budur:

Bu pəhriz həmçinin bədəninizi təmizləyəcək. Cərrahın fikrincə yeməyin özü qədər zamanı da vacibdir.

Səhər:

Təbii qəhvə yaxud 1 fincan qara çay, qaynadılmış yumurta, 8 ədəd qara qavalı qurusu. Gavalı qurusunu yeməzdən öncə mütləq axşamdan suda yumşaldın.