Azərbaycanda 19 yaşlı gənc bıçaq xəsarəti alıb


Digərləri 31 Dek 2018 22:55:00 252 0

Azərbaycanda 19 yaşlı gənc bıçaq xəsarəti alıb

Daşkəsəndə yerli sakin bıçaq xəsarəti alıb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Daşkəsən şəhərində qeydə alınıb. 

Rayon sakini, 1999-cü il təvəllüdlü Elvin Əsgərov bıçaq yarası ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilib. Özünün dediyinə görə, o ehtiyatsızlıqdan özü-özünə xəsarət yetirib. 

Belə ki, əlində bıçaq olub və ehtiyatsızlıqdan yıxılaraq əlində ki, bıçaq özünə batıb.

Faktla bağlı araşdırma aparılır.