Qış depressiyası nədir və ondan QURTULMAĞIN YOLLARI


Digərləri 31 Dek 2018 22:34:00 274 0

Qış depressiyası nədir və ondan QURTULMAĞIN YOLLARI

Qışda soyuq və tutqun hava, gün işığının azlığı və hərəkətsizlik depressiyaya səbəb olur. Bəs qış depressiyasından necə qurtula bilərik?

Son.az "ölkə.az"-a istinadən mövzu ilə əlaqədar oxucularına maraqlı yazını təqdim edir.

Payız və qış aylarında serotonin ve melatonin hormonlarının səviyyələrində dəyişikliklər baş verir. Bu hormonlar əhvala və yuxu rejiminə təsir edir. Gün işığının azalması, qaranlıq saatların artması melatonin hormonunun çoxalmasına, serotonin hormonunun isə azalmasına səbəb olur. Bu vəziyyət isə depressiyanı meydana çıxarır. 

Mövsümi depressiyaya meylli insanlarda bu daha çox üzə çıxır.

Depressiyaya düşən insanlar xoşbəxt olmur. Ama xoşbəxt olmamağınız depressiya əlaməti olmaya da bilər. Depressiya insana həm fiziki, həm də mənəvi olaraq təsir edir. Özünü xoşbəxt hiss etməmək isə tamamilə əhvalla bağlıdır. 

Qış depressiyasının əlamətləri hansılardır?   Qış depressiyası yaşayan insanlar, özünü daima məyus hiss edir və heç bir şeydən ləzzət ala bilmirlər. 

Bununla yanaşı çox tez ağlayır və əsəbləşirlər. İstəksizlik, sıxıntı, itirmə qorxusu və özünəqapanma meydana gəlir.  

Həmçinin yuxu rejimi və iştah da pozulur. 

Halsızlıq və yorğunluq isə qış depressiyasının fiziki əlamətləridir.  Bütün bunlarla yanaşı, qış depressiyası cinsi istəksizliyə də yol açır.    Qış depressiyasından necə qurtulmaq olar?

Qış boyu gündüz saatlarında günəş şüası qəbul etmək böyük əhəmiyyət kəsb edir.