Azərbaycanda barama istehsalı 20 il ərzində rekord həddə çatıb
Digərləri 31 Dek 2018 20:25:00 196 0
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 514 ton barama istehsal olunub ki, bu da ötən ilki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur. Qeyd edək ki, bu, son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir. Son.az bildirir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinin məlumatına istinadən məlumat verir.
Ümumilikdə, bu ilin 11 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi real qiymətlərlə 6,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 4,6 faiz çoxdur.
Mənbə: milli.az