Soyuq suyu ilıq suyla əvəzləməyin


Digərləri 31 Dek 2018 19:15:00 216 0

Soyuq suyu ilıq suyla əvəzləməyin

Yəqin ki, bir çoxları  gün ərzində bir neçə stəkan su içməyin vacibliyi  haqqında  eşidib. Bu, sözsüz ki, faydalı adətdir. Lakin soyuq suyun ilıq su ilə əvəzlənməsi daha yaxşıdır.

Həzm sisteminə təsiri

Son.az faktxeber.com-a istinadən bildirir ki, soyuq su qidada olan yağların bərkiməsinə səbəb olur, bu da həzmi gecikdirir.

İlıq su isə əksinə, qidanın daha tez həzm olunmasına səbəb olur. Bu onun orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, həmçinin köpdən xilas edir.

Tənəffüs  sisteminə təsiri

Soyuq su selik toplanmasına səbəb olur. Bu tənəffüs sisteminin  infeksiya riskini artırır və boğazın iltihablanması ilə nəticələnə bilər.

İlıq suda bunun əksini göstərir: boğazı yumşaldır və qıcığı aradan götürür. Bu həm tənəffüs yolu xəstəlikləri zamanı, həm də sadəcə səhər susuzlucun öhdəsindən gəlmək üçün faydalıdır.