ABŞla Türkiyə FETÖnun taleyini müəyyən edir


Dünya 31 Dek 2018 18:22:00 275 0

ABŞla Türkiyə FETÖnun taleyini müəyyən edir

ABŞ nümayəndə heyəti FETÖ ilə əlaqəli Türkiyənin ABŞ-a təqdim etdiyi yeni sübutlar məsələsində müzakirə aparmaq üçün Ankaraya səfər edəcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, nümayəndə heyəti Türkiyəyə yanvarın 3-ü və 4-də səfər edəcək, Ədliyyə və Daxili İşlər nazirliklərində görüş keçirəcələr. Görüş zamanı ABŞ-ın Türkiyənin FETÖ ilə əlaqədar təqdim etdiyi yeni sübutlara münasibəti açıqlanacaq. Bundan başqa ABŞ tərəfi FETÖ-yə bağlı təşkilat və şəxslərin 18 ştatda çirkli pulların yumasıyla bağlı başlatdığı araşdırmadakı son vəziyyəti Türkiyə tərəfinə çatdıracaq.

Son.az