"Moskva İrəvana elə bir zərbə hazırlayır ki..."


Dünya 31 Dek 2018 18:11:00 261 0

"Moskva İrəvana elə bir zərbə hazırlayır ki..."

Rusiya açıq-aşkar Ermənistana təzyiq göstərir.

Son.az bildirir ki, bu sözləri Axar.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətində güzəştə getməməsi Paşinyana yaxşı bir dərsdir:

"Rusiyanın vaxtilə forpostuna verdiyi imtiyazlar artıq tarixə qovuşur. Bu günə qədər Ermənistanın işğalçı siysətinin arxasındakı əsas potensial məhz Rusiyanın dəstəyi idi. Rusiyanın dəstəyi ilə anneksiya siyasəti həyata keçirən işğalçı indi bundan da məmrum olmaq üzrədir. Görünən odur ki, Rusiya bu dəstəyini də geri çəkmək niyyətindədir. Kremlin Ermənistan üzərindən dəstəyini birdəfəlik çəkməyə hazırlaşmasının səbəbi heç də Paşinyanın qərbyönümlü siyasəti deyil. Ümumiyyətlə, Rusiya üçün Ermənistanın artıq heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan da Moskva çox sadə bir məntiq yürüdərək İrəvana satılan qazın qiymətində güzəştə getmir".

T.Zülfüqarov Paşinyanın manevr imkanlarının daraldığını bildirib:

"Qarabağ klanı Rusiyanın mövqeyini dəstəkləyir. Ona görə də onlara qarşı sərt münasibət Rusiyada Moskvanın mövqeyinə qarşı addım kimi qəbul olunur. Bu baxımdan da Paşinyanın ruspərəst siyasət həyata keçirməsi üçün çərçivələr olduqca dardır".

Sabiq nazirin fikrincə, Ermənistan qərbpərəst siyasət yürütməyə məcburdur: