Putinlə Paşinyan razılaşdı:


Dünya 31 Dek 2018 16:07:00 200 0

Putinlə Paşinyan razılaşdı:

Ermənistan üçün verilən rus qazının qiyməti artacaq, amma istehlakçı bunu hiss etməyəcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Feysbuk hesabındakı canlı yayım zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.

"Dünən iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq", - deyə o bildirib.

O, "Qazprom" və "Qazprom Ermənistan"ın qaz qiymətinə yenidən baxmalı olduğunu deyib.