Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşı tutuldu


Dünya 31 Dek 2018 15:22:00 284 0

Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşı tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilanı saxlayıb. 

Son.az Report-a istinadən bildirir ki, bu barədə TASS-a FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzindən xəbər verilib. 

"2018-ci il dekabrın 28-də FTX-nin əməkdaşlarının Moskvada apardığı əməliyyat nəticəsində casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilan saxlanılıb", - məlumatda deyilir.