Marşrut xətləri üzrə əlavə avtobuslar buraxılacaq


Digərləri 31 Dek 2018 14:52:00 270 0

Marşrut xətləri üzrə əlavə avtobuslar buraxılacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcək. Həmçinin zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.