ABŞ 4 ildə neçə günahsız insanı öldürdü?


Dünya 31 Dek 2018 15:00:00 282 0

ABŞ 4 ildə neçə günahsız insanı öldürdü?

ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının 2014-cü ilin avqustundan Suriya və İraqa endirdiyi hava zərbələri nəticəsində azı 1139 dinc sakin həyatını itirib.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə koalisiyanın bazar günü yaydığı məlumatda deyilir.

"2014-cü ilin avqustundan 2018-ci il noyabrın sonunadək olan dövrdə koalisiya ümumilikdə 31 min 406 hava zərbəsi endirib. Bu dövrdə, mövcud məlumatlara görə, azı 1139 dinc sakin aviazərbələr nəticəsində qəsdən olmadan həyatını itirib", - deyə məlumatda bildirilir.