Dünyanın ən nadir quşu aşkarlanıb


Digərləri 31 Dek 2018 14:15:00 227 0

Dünyanın ən nadir quşu aşkarlanıb

Braziliyanın tropik meşələrində Ştrezemann topakolosu - planetin ən nadir quşlarından biri aşkarlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda "Science Alert" məlumat yayıb.

Ornitoloqlar dekabr ayında dimdiyi üzərində özünəməxsus kəkili olan quşu iki dəfə müşahidə edib. Bu həmin quşun nəslinin kəsilməsinin qarşısının alınacağına yeni ümidlər yaradır. Hazırda Yer üzündə olan topakoloların  populyasiyası barmaqla sayılacaq qədərdir.