İnsanların buraxdığı qaz sağlamlığa faydalı imiş


Digərləri 31 Dek 2018 13:30:00 222 0

İnsanların buraxdığı qaz sağlamlığa faydalı imiş

Fransanın Ekseter Universitetinin mütəxəssisləri yeni bəyanatla çıxış ediblər. Onlar bildirirlər ki, bədəndən çıxan qaz ətrafınızdakıların sağlamlığı üçün faydalıdır.

Son.az Publika-ya istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki,soğan, sarımsaq, paxlalı bitkilər kimi ərzaqların daha çox qaz gətirdiyi deyilir.

Qaz çıxarma prosesi zamanı bədəndən xaric olan hidrogen sulfid həddən artıq miqdarda olarsa, nəfəs və sinir sisteminizə mənfi təsir edər. Amma normanı keçməmək şərtilə ifraz edilən qaz həm insanın orqanizmindəki ölü hüceyrələrin xaric olmasına, həm də mədə və bağırsaq ağrılarından qurtulmağa kömək edir. Həmçinin insan bədənindən çıxan qazın tərkibindəki hidrogen sulfid həzm prosesini yaxşılaşdıran maddədir.