"ƏLİMDƏ KOMPROMATLAR VAR..." Qanlı killer "Çelentano" məhkəmə önündə


Kriminal 31 Dek 2018 13:22:00 572 0

"ƏLİMDƏ KOMPROMATLAR VAR..."  Qanlı killer "Çelentano" məhkəmə önündə

Rusiyanın Novosibirsk vilayət məhkəməsində məşhur "Trunovski" qruplaşmasının ən fəal killeri, banda başçısı "Çelentano" ləqəbi ilə tanınan Anatoliy Radçenkonun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. İki ildən bəri davam edən məhkəmə zamanı ifadə verən yüzlərlə şahid sözügedən bölgədə iyirmi ilə yaxındır ki, real hakimiyyətin cinayətkar qruplaşmalar tərəfindən idarə olunduğunu iddia edirlər.

Son.az bildirir ki, bu barədə "Prestupnaya Rossiya" nəşri məlumat yayıb.

Banda üzvlərinin digər iştirakçıları kimi "Çelentano"nun cinayət işində də mütəşəkkil dəstənin əsas "qəhrəmanları"nın kölgədə qalması prosesin gedişatında açıq-aydın hiss olunur. Bu "qəhrəmanlar"ın adını isə nə nə müstəntiq, nə şahidlər, hətta müttəhim özü belə açıqlamaqdan çəkinir. Bəs görəsən "Trunovski"lərin törətdikləri cinayətə şərik olanlar kimlərdir ki, 90-cı illərin ən qatı killeri belə onlardan qorxur?

"Nüfuzlu" biznesmen, " Çelentano" ləqəbli Anatoliy Radçenkonu "Trunovski" bandasının mühakimə olunan sonuncu killeridir. 2009-cu ildə Trunov həbs olunduqdan sonra o, istintaqdan gizlənərək bir müddət Taylandda yaşayıb. Sonra Almaniyanın Kassel şəhərində məskunlaşıb, daha sonra isə Avstriyaya köçüb. Mütəmadi olaraq kilsəyə gedib gələn "Çelentano" dini rituallara əməl edib. Amma seçdiyi yeni həyat tərzinə sona qədər davam edə bilməyib. Belə ki, A.Radçenko İnterpolun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının Avstriyada keçirdikləri "Kobra" əməliyyatı zamanı saxlanılıb. Saxlanılarkən onun üzərində saxta çex pasportu aşkarlanıb. Sən demə məşhur killer Praqa sakini 1977 təvəllüdlü Yan Seidin adına olan sənəddən istifadə edirmiş.

Yeri gəlmişkən, "Çelentano"nun ekstradisiyası nə az, nə çox düz yarım il çəkib. Novosbirskinin nüfuzlu şəxləri haqda əlində kompramantlar olduğunu deyən "Çelentano " həbsxanada onu ölüm gözlədiyini açıqlayıb. Hazırda Radçenko sağ-salamatdır. Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb. "Çelentano" dörd qətl, üç sui-qəsd, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə və qanunsuz silah saxlamada təqsirləndirilib. İttihamlar təsdiqin taparsa onu qarşıda ömürlük həbsxana həyatı gözləyir.

1997- 2009-cu illərdə çoxsaylı qətllərə "imza atan", qanunsuz silah saxlama və dələduzluqla məşğul olan "Trunovski" bandası Novosibirskinin yarısına nəzarət edib. 2013-cü ildə Novosibirsk vilayət məhkəməsi tərəfindən bandanın lideri Aleksandr Trunov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 22 il müddətinə azadlıqdan məhrum edilib. Trunovla birgə dəmir barmaqlıqlar arxasına bandanın 7 üzvü də göndərilib. Şahidlərini ifadələinə əsasən, dəstə üzvlərinin sayı təxminən 200-300 nəfərdən ibarət olub. Qruplaşma üzvlərinin hədəfi ticarət obyektləri olub. Həmçinin, "obşak"a nəzarəti də əllərinə alıblar.  "Trunovski"nin himayədarları arasında məmurlar və güc strukturlarının nüfuzlu şəxslərinin olması da istisna edilmir. Məhkəmənin qərarına əsasən, sözügedən qruplaşmaya Novosbirskinin vitse-meri Aleksandr Solodkin,  onun idman üzrə qubernator məsləhətçisi olan atası, narkotik vasitələrə nəzarət üzrə regional xidmətin müavini vəzifəsində çalışan Andrey Andreyev də himayədarlıq edib. 

Məhkəmənin hökmünə əsasən, ata Solodkin 6 il, onun oğlu isə 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. A.Andreyev isə cəzasını ciddi rejimli koloniyada çəkməklə 11 il həbs cəzası alıb.

Təqsirləndirilən şəxslərin hər üçü özlərini günahkar bilməyiblər və ittihamları saxta, qondarma adlandırıblar.

A.Radçenko 1975-ci ildə Novosibirskdə anadan olub. 9 saylı liseyi bitirib. Məktəb illərində Aleksandr Trunovun rəhbərliyi altında "Nadejda" idman klubunda futbolla və boksla məşğul olub. Məktəbi bitirdikdən sonra Tomsk dövlət universitetinin hüquq fakültəsinə daxil olub. Amma təhslilini sonədək davam etdirə bilməyib. Altıncı kursda universitetdən xaric edilib. 2001-ci ildə Moskvanın Mədəniyyət və İncəsənət universitetində qiyabi təhsil alıb.

Hazırda isə "Çelentano" məhkəmənin qərarını gözləyir. Novosibirsk vilayət məhkəməsində şahidlərin dindirilməsi davam edir. Cinayət işi üzrə 319 şahid var. Radçenko isə özünü heç bir epizod üzrə təqsirli bilmir. O, ittihamlarla razılaşmır, barəsindəki cinayət işinin saxta olduğunu, ümumiyyətlə "Trunovski"lərin işinin hüquq-mühafizə orqanları tərəfindən düzülüb-qoşulduğunu iddia edir. Müstəntiqlər isə əksinə, cinayət işində kifayət qədər dəlil və sübutların olduğunu bildirirlər.

İstintaqın gəldiyi nəticəyə görə, Radçenko hələ 90-cı illərin əvvəllərindən "Trunovski" qruplaşmasının üzvü olub. Cinayətkar qrupa daxil olmağı isə ona idman məşqçisi olan Trunov özü şəxsən təklif edib. Radçenkonun bandada xüsusi rolu olub. Onun analitik düşüncə tərzi, lazımı şəxslərlə tanışlığı, müəyyən qərarları bacarıqla yerinə yetirməsi cinayətkar karyersında uğurlar qazandırıb. Beləliklə, qrupun gənc üzvü bandanın "güc blok"una nəzarət edib.

Bandanın təşkilatçıları - Aleksandr Trunov, Viktor Yelkin, Aleksandr Zelentsov və Aleksey Korniyenko tərəfindən ona killerlərin "verbovka" olunması tapşırılıb. Tapşırığa əsasən Radçenko öz ətrafına killerlər toplayıb.  1997-ci ilə "Çelentano"nun briqadası tamamilə silah-sursatla təmin edilib və mütəşəkkil cinayətkar dəstənin əmrlərini yerinə yetiriblər.

18 oktyabr 1997-ci ildə yaşadığı evin girişində, həyat yoldaşının gözləri önündə, "Lyaka" ləqəbli kriminal avtoritet Mixail Naqibov qətlə yetirilib. Sözügedən qətli Radçenkonun "sağ əli" olan Dmitriy Buol həyata keçirsə də, sifariş banda lideri Trunovdan gəlib. Kriminal avtoritetin güllələnməsinə Trunovla aralarındakı biznes maraqları səbəb olub.

1999-cu ilin yayında isə Trunov "Çelentano"ya qanuni oğru "Turukel Kaxetinskiy" ləqəbli Mamuk Şubitidzeni aradan götürməyi tapşırır. Buna səbəb isə qanuni oğrunun "Trunovski" bandasından  kriminal strukturların və məhbusların saxlaması üçün zorla pul tələb etməsi olub. Trunov isə əldə etdiklərinin heç birini nə "obşak" a, nə də oğru dünyasının üzvlərinə vermək niyyəti olmayıb. Mamuk Şubitidzenin qətlini sifariş verən Trunov "oğru dünyası"nın digər üzvlərinə özünəməxsus tərzdə dərs vermək istəyib.

30 iyul 2000-ci ildə "Turukel Kaxetinskiy" bir neçə jurnalistlərlə və dostu "Zaza" ləqəbli Baqrad Gelaşvili ilə birgə bağ evində ad gününü qeyd edərkən qatillər odlu silahdan onları atəşə tutublar. Amma güllə süfrə başında, ən hörmətli yerdə əyləşən - "Zaza" ya dəyib. O, hadisə yerindəcə dünyasını dəyişib.

14 mart 2002-ci ildə "Remtoçmaş" a rəhbərlik edən avtoritet Aleksey Dabeyev də baş nahiyyəsindən aldığı güllə yarası ilə həyatla vidalaşıb. İstintaqın verisyasına görə, qətli Radçenko təşkil edib.

Novosibirskinin Lenin rayonundakı kriminal qruplaşmalardan birinə rəhbərlik edən "Keşa" ləqəbli Nikolay Akenşin 30 mart 2004-cü ildə öz qarajının qarşısındaca güllələnib.  Qətli həyata keçirən killerlər ifadələrində sifarişi Trunovun verdiyini göstəriblər. Belə ki, "Keşa" 1 mart 2004-cü ildə cinaətkar dəstənin üzvlərindən birini - Aleksey Korniyenkonu öldürdüyünə görə onunla "hesablaşmaq" qərarına gəliblər. 

Trunov "Keşa"nın qətlindən 5 il sonra həbs olunmasına baxmayaraq istintaqın gəldiyi nəticəyə görə, bu, onun killerlərə verdiyi sonuncu sifariş olub.