Dərs vaxtı yatmaq daha çox faydalı imiş


Digərləri 31 Dek 2018 13:15:00 249 0

Dərs vaxtı yatmaq daha çox faydalı imiş

Türkiyəli həkim, professor Himət Yıldız yuxunun önəmindən danışıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, professor dərs zamanı bir neçə dəqiqəlik yatmağın şagirdlərə faydasından danışıb: "Şagirdlər dərs müddətində telefonla oyun oynayıb, mahnı dinləməkdənsə, bir neçə dəqiqəlik mürgüləsələr, daha çox nailiyyət əldə edə bilərlər. Bu zaman onlar öyrəndiklərini hafizələrində daha da möhkəmləndirmiş olacaqlar".

Bundan başqa həkim bağça uşaqlarının 10, orta məktəb uşaqlarının 9, kollec şagirdlərinin isə 8 saat yatmasının vacibliyini vurğulayıb.