Artıq gerçək olur: "Uçan taksi"lər xəttə çıxır


Digərləri 31 Dek 2018 11:15:00 495 0

Artıq gerçək olur: "Uçan taksi"lər xəttə çıxır

Avstraliyada Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatı "uçan taksi" xidmətlərinin "Uber" kimi beynəlxalq şirkətlər tərəfindən ölkələrinə gətirilmə planlarının olduğunu və 5 il içində həyata keçirilə biləcəyini açıqlayıb.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, Avstraliyanın hava məkanını nəzarətdə saxlayan bu təşkilat, böyük şəhərlərdə və iş mərkəzlərinin olduğu bölgələrdə "uçan taksi" layihəsinin həyata keçirilməsinə başlanılacağını açıqlayıb.

Milyonlarla dollar dəyərində olan bu layihəni həyata keçirməyə hazır olan Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatının sözçüsü Peter Gibson bildirib ki, layihə dünyada bir ilkdir.

Gibson bildirib ki, "Uber" şirkəti layihənin həyata keçirilməsi üçün artıq təşkilata müraciət edib: "Şirkət artıq qurumumuza müraciət edib və irəli sürdüyümüz şərtlərin əksəriyyəti ilə razılaşıb".

"Uçan taksi" layihəsinin maraqlı tərəfi isə onun ucuz başa gəlməsindədir. Eynilə helikopter kirayəsində olduğu kimi aparılan proses, müştərilərə daha uyğun qiymətlərlə xidmət göstərməyə imkan yaradacaq.