Rusiyada yaşayış binasında partlayış:


Dünya 31 Dek 2018 11:07:00 233 0

Rusiyada yaşayış binasında partlayış:

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.

Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.

Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.