ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxdı


Dünya 31 Dek 2018 10:52:00 276 0

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxdı

Birləşmiş Ştatların 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.

Son.az Report-a istinadən xəbər verir ki, bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.

Bu, Vaşinqtonun faktiki olaraq daha üzvlük haqqı ödəməyəcəyi və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcəyi anlamına gəlir.