Maqnitoqorskda yaşayış binasında partlayış: 3 nəfər ölüb


Digərləri 31 Dek 2018 10:01:34 252 0

Maqnitoqorskda yaşayış binasında partlayış: 3 nəfər ölüb

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Bakı. Tural Turan - Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Trend-in məlumatına görə, Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.