İranın mərkəzi vilayətindən 15 min diri balıq ixrac edilib


Dünya 31 Dek 2018 07:44:00 454 0

İranın mərkəzi vilayətindən 15 min diri balıq ixrac edilib

İranın Mərkəzi vilayətinin Baytarlıq Baş İdarəsinin nəzarəti ilə ilk dəfə olaraq bu vilayətdən 15 min ədəd diri alabalıq körpəsi ixrac edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mərkəzi vilayəti Baytarlıq Baş İdarəsinin direktoru Möhsün Şanəqi İRNA ilə müsahibədə deyib.

Onun sözlərinə görə, bu ixrac məhsulu ilk dəfə olaraq İran prezidenti və yüksək səviyyəli rəsmilərin Türkiyəyə səfəri çərçivəsində bu ölkəyə ixrac edilmişdir.

Şanəqi əlavə edib: "Bu il (21 mart 2018-dən başlayaraq) 362407 kiloqram dondurulmuş toyuq Əfqanıstan və İraqa ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il 9 ayda bu məhsulun ixracı dörd dəfə artmışdır. 9 ayda 468 min kq toyuq ayağı Vyetnama ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə dörd dəfə artmış olmuşdur", - deyə o bildirib.