Bizimlə olun və uğur mütləq sizinlə olacaq! – TREND-in Yeni il təbriki


Digərləri 31 Dek 2018 08:00:00 499 0

Bizimlə olun və uğur mütləq sizinlə olacaq! – TREND-in Yeni il təbriki

TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2019-cu il münasibətilə sizi təbrik edir!

Bakı. TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2019-cu il münasibətilə sizi təbrik edir! Başa çatmaqda olan 2018-ci ilin son və qarşıdan gələn 2019-cu ilin ilk günlərində bu sözlər hələ çox səslənəcək və ətrafda hər şey yeni, işıqlı, şən və xeyirxah ab-hava ilə əhatə olunacaq. Köhnə ildən yeni ilə keçərkən hamımız, belə demək mümkünsə, qeyri-adi və sehirli hisslər yaşayırıq. Yeni il ərəfəsində gözəl paytaxtımız isə nağıllar şəhərinə çevrilir və çoxsaylı işıqları ilə daha cəlbedici olur. Agentliyin kollektivi daimi və yeni – bütün oxucularına növbəti ildə xoş hadisələr, uğurlar, yeni perspektivlər, həmçinin şən əhvali-ruhiyyə diləyir! Arzu edirik ki, bayram evinizə səadət gətirsin, qəlblərinizi sevgi və nura qərq etsin, xeyirxahlıq və məhəbbət hər zaman qalib gəlsin! 2019-cu ildə ölkəmizə sülh, çiçəklənmə və uğurlar arzulayırıq! Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikində vurğulayıb: