"Google"un təqaüdünü qazanan azərbaycanlı xanım Örnək FOTO


Digərləri 31 Dek 2018 07:00:00 550 0

"Google"un təqaüdünü qazanan azərbaycanlı xanım  Örnək  FOTO

Günay Kazımzadə: "Statistikadan xəbərim olmasa da, "Google"un təqaüdünü qazanan azərbaycanlı xanım olmaq hissi insana böyük motivasiya verir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Öz dili ilə desək, həm kod yazır, həm də yemək bişirir. Yəni, xanımlığı öz yerində, həm də kişilərin çoxluq təşkil etdiyi İT sahəsində çalışır. Və güclü, istədiyini əldə etməyə qadir qadındır. Çətinliklə üzləşəndə özünə "Niyə bunu edə bilmərəm" deyə sual verir və həmişə də bir yolu tapıldığını deyir. Müsahibimiz Almaniyada Berlin Texniki Universitetində doktorantura təhsili alan, paralel olaraq həm də universitetdə tədqiqatçı kimi fəaliyyət göstərən gənc azərbaycanlı xanım Günay Kazımzadədir.

- İlk olaraq elə İT-yə necə gəlməyinizdən danışaq. Bu istiqamətdə ali təhsiliniz var?

- Mən 2008-2012-ci illərdə Moskva Dövlət Universitetinin Bakı filialında tətbiqi riyaziyyat və kompüter elmləri fakültəsində təhsil almışam. Filialın ilk məzunlarından biriyəm. Həmin təhsilim boyunca müxtəlif proqramlaşdırma yarışlarında iştirak etmişəm. Almaniyada proqramlaşdırma üzrə təcrübədən keçmişəm. Azercell kimi bir çox şirkətlərin İT üzrə olan tələbə təqaüdlərinin qalibi olmuşam. O zamanlar çox aktiv şəkildə özümü inkişaf etdirməklə məşğul idim. AİESEC adlı tələbə təşkilatında könüllü olaraq lider vəzifədə çalışırdım. Bununla da xaricdəki təcrübələr haqqında məlumatım olurdu. Özüm də 2011-ci ildə təcrübə proqramı vasitəsilə iki aylıq Berlinə gəldim, proqramlaşdırma üzrə təcrübə keçdim. Sonra Azərbaycana qayıtdım, magistratura oxumaq istəyirdim. 2012-ci ildə kompüter elmləri sahəsində Almaniyanın magistratura üzrə DAAD və Dövlət təqaüdünü qazandım. Bonn Universitetində kompüter elmləri üzrə təhsil almağa başladım. Dövlət xətti ilə oxuduğum üçün 2015-ci ilin yanvar ayında təhsilimi bitirib Azərbaycana qayıtdım, 3 il ölkəmizdə çalışdım. Həm dövlət, həm də özəl sektorda fəaliyyətim oldu. 2016-cı ildən Xəzər Universitetində və Bakı Britaniya Məktəbində kompüter elmləri və riyaziyyat sahəsində ingilis dilində təhsil verdim. Bu il Almaniyaya qayıtdım, hazırda doktorantura təhsilimi davam etdirirəm, paralel olaraq burada Berlin Texniki Universitetində tədqiqatçı kimi çalışıram.

- Bu sahədə daha çox kişiləri görürük. İT-yə gələndən sonra heç düşünmüsünüzmü ki, hansı səbəblərə görə burda kişilər üstünlük təşkil edir?

- Ümumiyyətlə, bütün dünyada texniki sahələrdə lider mövqelərdə qadınların yeri azdır. Qadın həmişə seçim etməlidir: ailə, ya karyera? Həm yaxşı vəzifədə çalışıb, həm də yaxşı ailə sahibi olmaq kişi üçün normal haldır, amma qadınlarda bu, heç də asanlıqla alınmır. Həm yaxşı ailən olsun, həm də işə çox vaxt ayıra biləsən, bu, bir az da çətindir. Belə bir stereotip var ki, qadın ikisindən birinə daha çox üstünlük verməlidir. İT elədir ki, daim özünü inkişaf etdirməlisən. Çünki hər saniyə nə isə dəyişir. Sən dəyişikliklərin arxasınca qaçmasan, geridə qalarsan. Bəzən bu, insanı yora da bilir, amma insan sevdiyi işlə məşğul olursa, yorğunluq tez keçir.

Demirəm ki, bütün qadınlar İT-də, ya hansısa vəzifədə olmalıdır. Amma insan bunu istəyirsə, ikisini bir araya gətirə bilər.

Onu da deyim ki, bu yanaşma dəyişməyə doğru gedir. Mən Azərbaycanda olduğum müddətdə iki layihə üzərində çalışırdım. Biri "WoWoman: Tech-tech" xanım layihəsi idi. Layihə xanımların İT-yə marağının artırılması ilə bağlı idi. 3 il ərzində biz 3000-dən çox xanımı İT-yə yönəldə bildik. Onlara təlimlər, treninqlər təşkil etdik. İş, təhsil baxımından köməklik etdik. İkinci layihə isə uşaqların proqramlaşdırmaya marağının artırılması ilə bağlı idi. Azercell Barama İnnovasiyalar Mərkəzi və Paşa Bankın sponsorluğu ilə 9-16 yaşlılar üçün 2 İT Yay Məktəbi təşkil etdik. Bu, tək bizim problemimiz deyil, dünyada da bu proses gedir, həlli üçün də mübarizə aparılır.

- Bir müsahibənizdə oxumuşdum. Orda başlıq diqqətimi çəkdi. Deyirsiniz ki, qadın bir əli ilə yemək bişirib, o biri əli ilə kod yaza bilər. Kod yazırsınız, bəs yemək bişirmək necə?

- Əlbəttə, bişirirəm. Əsas da Azərbaycan mətbəxinin nümunələrini. Alman mətbəxi öz yeməklərimizə çata bilməz.

- Düzdür, nailiyyətlər var, amma burda addımlamaq yəqin ki, heç də sizə asan başa gəlməyib. Bu yerə gələnə qədər olan prosesləri necə xatırlayırsınız?

- Uşaq vaxtı şahmata, musiqi məktəbinə getmişəm. Valideynlərim həmişə bizim üzərimizə təhsil baxımından böyük investisiyalar qoymağa çalışıblar. Həmişə nəyəsə nail olmaq hissi ilə yaşamışam. MDU-ya qəbul olanda mən Azərbaycan dilli məktəbi bitirmişdim və rus dilində təhsilə başladım. Buna görə ilk vaxtlar mənim üçün çox çətin idi. Yuxusuz gecələrə gətirib çıxarırdı. MDU-nun reytinqi çox şeydən xəbər verir. Tətbiqi riyaziyyat fakültəsində oxumaq da çox çətin idi. Bütün istədiklərimə nail olmaq heç də asan başa gəlməyib. Bəzən insanlar "bəxti gətirib" filan deyirlər, amma bəxt bir yerə qədər insana kömək edir. Gərək insanın içində təhsilə, elmə sevgi olsun. Şükürlər olsun ki, valideynlərim bunu məndə yaradıblar. İT sahəsində qadının çalışması çox çətindir. Çünki kişilər bir çalışırsa, siz 10 etməlisiniz. Dediyim o sosial basqı, stereotiplər olduğu üçün insan özünü təsdiq etmək istəyi hiss edir. Düzdür, bu, heç də doğru yanaşma deyil, amma yenə də çox çalışmaq lazımdır. Bir şeyə nail olmaq üçün insanın içində istək olmalıdır. Nəsəyə nail olanların içində nəyəsə nail olmaq ehtirası, hissi güclü olur. Məndə də bu hiss var.

Bu nailiyyətlərin kölgəsində çox məğlubiyyətlərim olub, amma onlar mənə irəli getməyə kömək edib. Həyat onsuz da çətinliklərlə doludur, nəyəsə nail olmaq istəyirsənsə, mütləq bunları keçəcəksən.

Bir də məni dəstəkləyən ailəm, mentorlarım, dostlarım, əlaqələrim olub. Onlar olmasaydı, çətinliklərə sinə gərmək daha çətin olardı. 

- Magistratura təhsilini də Almaniyada almısınız, doktorantura üçün də ora getmisiniz. Artıq orda əlaqələr olduğu üçün seçim bu ölkə olur, yoxsa başqa səbəblər də var?

- Əlaqələrin də rolu var. Mən əslində, doktorantura təhsili üçün müxtəlif ölkələrə müraciət etmişdim. Avstriyadan da təklif gəlmişdi, amma Almaniyadan daha çox təklif gəldi. Münhen, Drezden və Berlindən gəldi. Mən Berlini seçdim. 7 il əvvəl təcrübə keçdiyim zaman burda yaşamışam. Berlin mənə daha doğmadır. Doktorantura təhsilimə yeni başlamışam, Berlin çox böyük şəhərdir, hər ölkədən insan var.

- Gələcəkdə orda qalıb çalışmaq fikriniz var?


Xəbərə aid fotolar