Natamam yuxunun yeni fəsadları aşkarlandı


Digərləri 31 Dek 2018 03:30:00 352 0

Natamam yuxunun yeni fəsadları aşkarlandı

Köln Universitetinin alimləri yuxu çatışmazlığının yeni fəsadlarını üzə çıxarıb. Almaniyalı həkimlər belə bir nəticəyə gəlib ki, az yatan insan zərərli qidalar qəbul etməyə və artıq çəkiyə meyilli olur.

Son.az oxu.az-a istinadən bildirir ki, elmi araşdırmanın nəticələri haqqında press-reliz "Eurekalert!" saytında dərc olunub.

Tədqiqatda 19-33 yaşlarında 32 nəfər iştirak edib. Könüllülər bir həftə intervalla iki funksional maqnit-rezonans tomoqrafiya sessiyasından keçib.

Təcrübədə iştirak edənlər beyin müayinəsindən əvvəl şam yeməyi yeyib. Onların bəziləri evə yollanıb, qalanları laboratoriyada yuxusuz gecə keçirib. Səhər tezdən mütəxəssislər könüllülərin iştaha səviyyəsini qiymətləndirməyə çalışıb.