Məxfi silahın sınağı yoxsa yadplanetli bazası? 51ci Zonanın yanındakı müəmmalı çuxur VİDEO


Digərləri 31 Dek 2018 02:30:00 330 0

Məxfi silahın sınağı yoxsa yadplanetli bazası?  51ci Zonanın yanındakı müəmmalı çuxur  VİDEO

Nevada ştatında Qrum leyk adlı bir ərazi var. Ərazi "51-ci Zona" adlı məxfi hərbi bazanın yaxınlığında yerləşir. Ehtimal edilir ki, bazada Rozuelldə qəzaya uğramış yadplanetli gəminin qalıqları və ekipajın meyitləri saxlanılır. Eyni zamanda bu bazada yadplanetli gəmi əsasında istehsal edilən məxfi hərbi təyyarələr saxlanılır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, "51-ci Zona"nın yerləşdiyi rayonda bir neçə dəfə naməlum obyektlər və hadisələr qeydə alınıb. "Google" xəritəsində isə belə hadisələr daha tez-tez nəzərə çarpır. Bu ilin may ayında baza yaxınlığında xəritədə qəribə qara "caynaq"lar peyda olub. Bu "caynaqlar" neft axıntısına da bənzəyir.

Bu yaxınlarda isə "Youtube" kanalının virtual tədqiqatçıları  Qrum Leykdən bir neçə mil qərbdə növbəti anomal hadisə qeydə aldılar. "Google Earth" proqramında "37°08'47.0"N 116°05'05.0"W" koordinatlarında bu anomal hadisəni görmək mümkündür. Yerdə böyük dəlik açılıb və bu, təbii yox, süni dəlikdir. Çuxurun içində isə uzun xortumu olan aparat var. Kameranı kənara tuşlayanda bu ərazidə torpağın üst qatının müxtəlif ölçülü dairələrlə dolu olduğunu görə bilərik. Onlar arasında nəhəng dairələr də var. Bəlkə "51-ci Zona" ərazisində hansısa məxfi silahı sınaqdan keçirirlər? Kanalın müəllifləri qeyd edirlər ki, Ayda lentə alınan fotolardan birində də eyni obyekt müşahidə edilib.  Bu isə onu deməyə əsasə verir ki, "51-ci Zona"da yadplanetlilərin yüksək texnologiyalı silahı sınaqdan keçirilir və bu, yadplanetli texnologiyadır.