Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur


Digərləri 31 Dek 2018 00:02:00 399 0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Son.az bildirir ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.