Ağır yol qəzası nəticəsində 4 nəfər yaralanıb


Digərləri 30 Dek 2018 22:49:00 256 0

Ağır yol qəzası nəticəsində 4 nəfər yaralanıb

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə rayonun Mollaəvəzli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Həsənov Nəsimi Şükür oğlu idarə etdiyi "Hundai" markalı avtomobil ilə hərəkətdə olarkən "Mercedes" markalı maşınla toqquşub. Nəticədə "Hundai"ın sürücüsü, eləcə də Beyləqan rayonunun 1982-ci il təvəllüdlü Aşağı Çəmənli kənd sakini Ağayev Elman Əliağa oğlu, Füzulinin Balabəhmənli kənd sakinləri - 1988-ci il təvəllüdlü Məmmədov Anar Bağalı oğlu və 1996-cı il təvəllüdlü Zöhrablı Sənan Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Həsənovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun Saatlı Rayon Mərkəzi Xəstəxanasında həkim - nevropatoloq işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.